“Atletiko”nun hücumçusu Joao Feliks “Bavariya”ya təklif olunub.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, menecerlər ön xətdə ciddi sıxıntı yaşayan Münhen təmsilçisinə Portuqaliya millisinin üzvünü məsləhət görüb.
Almaniya çempionu 23 yaşlı forvardın mümkün transferini rəhbərlik səviyyəsində müzakirə etdikdən sonra maliyyə səbəbindən bu keçidin baş tutma ehtimalının olmadığı qənaətinə gəlib. Bu üzdən “Bavariya” Feliksdən imtina edib.
Qeyd edək ki, Joao Feliksin “Atletiko” ilə müqaviləsi 2026-cı ilə qədər olduğundan, ispanlar onun transferi üçün astronomik məbləğ tələb edir.