Bir oyunda ÜÇ 11 metrlik zərbəni  dəf etdi
07 oktyabr 2024 12:12 (UTC +04:00)

Bir oyunda ÜÇ 11 metrlik zərbəni dəf etdi

“Jirona”nın argentinalı qapıçısı Paulo Qassaniqa “Atletik”lə İspaniya çempionatının 9-cu turunun ev oyununda 11 metrlik üç zərbəni dəf edib. 

Lent.az-ıb xəbərinə görə, görüş "Jirona"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

28-ci dəqiqədə Alexandro Berenqerin penalti zərbəsini Qassaniqa qaytarıb. İkinci hissədə "Jirona"ya qarşı ikinci penalti təyin olunub, qapıçı İnyaki Uilyamsın zərbəsini dəf edib, lakin müdafiə olunan komandanın oyunçuları vaxtından əvvəl cərimə meydançasına qaçdıqları üçün oyunun baş hakimi cərimə zərbəsini yerinə yetirməyi xahiş edib. Ander Herrera 11 metrlik nöqtəyə yaxınlaşıb və Qassaniqa onun zərbəsini dəf edib.

"Jirona" ikinci hissəyə əlavə olunan 9-cu dəqiqədə Kristian Stuaninin penaltidən vurduğu qol sayəsində qalib gəlib. "Jirona"nın 12 xalı var və turnir cədvəlində 11-ci yerdədir. "Atletik" 14 xalla 6-cı yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2058
avatar

Oxşar yazılar