"Barselona" yay transfer pəncərəsi bağlanana qədər sol cinah üçün bir oyunçu ala bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik "Blauqrana" rəhbərliyindən "Mançester Yunayted"dən Markus Reşfordu hücum xəttinə transfer etməyi xahiş edib.
2022/2023 mövsümündə ingilis hücumçu bütün turnirlərdə 56 oyun keçirib, 30 qol vurub və 10 məhsuldar ötürmə edib. Ötən mövsüm isə bütün yarışlarda 43 oyunda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırki əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.