“Barselona” onu  100 milyona   satmağa hazırdır
12 may 2022 19:42 (UTC +04:00)

“Barselona” onu 100 milyona satmağa hazırdır

"Barselona" hollandiyalı yarımmüdafiəçi Frenki de Yonqla yollarını ayırmaq istəmir, lakin onu 100 milyon avroya satmağa hazırdır.

Lent.az-ın xarici mediaya istinadl axəbərinə görə, İngiltərənin "Mançester Yunayted"i futbolçunun xidmətində maraqlıdır və bu yay onu 70-80 milyon avroya almaq niyyətindədir.

De Yonqun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyununa qədərdir. Bu mövsümdə o, 45 oyunda iştirak edib, 4 qol vurub, 5 məhsuldar ötürmə verib.

Transfermarkt de Yonqu 70 milyon avro dəyərində qiymətləndirib.

# 1911
avatar

Oxşar yazılar