"Barselona"nın "Bavariya"dan hücumçu Robert Levandovskinin transferinə görə Avropanın yeddi futbol klubuna borcu var.
Lent.az bildirir ki, bu barədə “Sport.es” xəbər verir.
Mənbənin məlumatına görə, “Barselona” hələ də “Bavariya”ya 10,4 milyon avro ödəməyib. Bundan əlavə, "Barselona" hələ də həmrəylik ödənişləri ilə bağlı klublarla razılaşmayıb. Belə ki, "Barsa"nın "Borussiya"ya 78 min avro, eləcə də Polşa "Legiya"sına (50 min avro), "Lex"ə (119 min avro), “Delta”ya (33 min avro), “Zniçu”ya "(113 min avro), "ISS"ə (169 min avro) borcu var.
Bu mövsüm 36 yaşlı Levandovski bütün yarışlarda 11 oyunda iştirak edib, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.