Bakıdakı "Formula 1"də qəzaya düşən sürücünün atası infarkt keçirtdi
18 sentyabr 2024 12:24 (UTC +04:00)

Bakıdakı "Formula 1"də qəzaya düşən sürücünün atası infarkt keçirtdi

Sentyabrın 15-də “Formula 1 Azərbaycan Qran Prisi” başa çatdıqdan bir neçə saat sonra “Red Bull” pilotu Serxio Peresin Meksikada yaşayan atası xəstəxanaya yerləşdirilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, həkimlərin dediyinə görə, 65 yaşlı Antonio Peres infarkt keçirib.

Keçmiş yüksək rütbəli siyasətçi yaşadığı mənzilin hamamında tapılıb və təcili tibbi yardım həkimləri onu dərhal Mexiko şəhər xəstəxanasına aparıblar. Həkimlər ona infarkt diaqnozu qoyublar. Məlum olub ki, hadisə onun oğlunun Bakıdakı yarışda qəzaya düşməsindən sonar baş verib.

Serxio Peres yarışın son dövrələrində üçüncü yer uğrunda mübarizə aparıb. Lakin “Ferrari” yarışçısı Karlos Saynsla rəqabət zamanı toqquşma baş verib. Hər iki pilot sonradan maneəyə düşüblər və beləliklə, daha yaxşı mövqe qazanmaq şanslarını itiriblər.

İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Antonio Peresin vəziyyəti stabilləşib və “Red Bul”l pilotunun atası tezliklə xəstəxanadan buraxılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3009
avatar

Oxşar yazılar