Adını dəyişdirdilər, 20 yaşında vərəmdən öldü – Napoleonun yeganə oğlunun FACİƏVİ HƏYATI
20 sentyabr 2024 20:15 (UTC +04:00)

Adını dəyişdirdilər, 20 yaşında vərəmdən öldü – Napoleonun yeganə oğlunun FACİƏVİ HƏYATI

Bir monarxın ailəsinə mənsub olmaq və daha çox taxt şansı xoşbəxtliyə deyil, əsl lənətə çevrilə bilər. Siyasi məqsədlər üçün, yaşından asılı olmayaraq, hakimiyyətə potensial namizədlər kənarlaşdırılır. Əlbəttə, şahzadələrin qətlinin az qala norma hesab edildiyi Şərq ölkələrini çıxsaq, Avropada da taxt-taca potensial iddiaçılar dəfələrlə həyatlarından məhrum edilib və ya illərlə zindanda saxlanılıb.

Məşhur Fransa hökmdarı Napoleon Bonapartın yeganə qanuni oğlu bu baxımdan bir az daha şanslı idi. Onu nə asmağa, nə də qaranlıq zindanlarda ac qoymağa cəsarət etmədilər. Ancaq qısa ömrü ərzində ətrafındakı hər kəs, o cümlədən ona ən yaxın olanlar Napoleon Fransua Cozef Şarl Bonaparta onun dünyaya gəlməsinin arzuolunmaz olması hissini aşılamışdı.

Lent.az məşhur atasının şöhrətinin kölgəsində qalan və tarixə II Napoleon adı ilə keçən Napoleon Fransua haqda yazını təqdim edir.

1804-cü ildə Napoleon Bonapart Fransanı imperiyaya çevirdi. Onunla birlikdə həyatının əsas sevgisi Jozefina Boqarne imperatriça kimi taclandı. Ancaq Napoleon Jozefinanı sevsə də, imperiyaya Jozefinanın səhhətinə görə dünyaya gətirə bilmədiyi bir varis lazım idi. Bir neçə il səbirlə gözlədikdən sonra imperator boşanmaq qərarı verir və yeni namizəd axtarmağa başlayır. Əvvəlcə fransızların hökmdarının niyyəti Rusiya imperatoru I Aleksandrın bacılarından birindən yana idi, lakin rus imperatoru Napoleonu ustalıqla aldatdı və nəticədə bu evlilik baş tutmadı.

Sonra Napoleon Avstriya imperatoru I Fransın qızı Mariya Luizaya namizəd olur. I Frans fransız hökmdara nifrət edirdi, amma izdivacdan imtina etmək ona daha baha başa gələrdi və ərazi itkilərinə səbəb olardı. Ona görə imperator qızını I Napoleona ərə verməyə razılıq verir. 18 yaşlı Mariya Luiza Avropanın 40 yaşlı fatehini məmnun etmək üçün Parisə göndərildi. Mariya Luiza, əlbəttə ki, Napoleona aşiq deyildi, lakin o, Avropanın ən güclü adamı ilə evlənəcəyinə görə həyəcanlanırdı.

1810-cu ilin aprelində Mariya Luiza Fransa imperatriçəsi oldu. 1811-ci il martın 20-də o, bir oğul doğdu, sevincli Napoleon onu dərhal Roma kralı və imperiyanın varisi elan etdi. Qartal Fransa imperatorunun heraldik simvolu idi və buna görə də Bonapartistlər onun oğluna "Qartalcıq" ləqəbini verdilər.

Ən yaxşı oyuncaqlar, ən yaxşı dayələr Napoleonun varisi üçün idi. Lakin imperator Napoleon Fransua Cozef Çarlzın yanında ola bilməzdi, çünki o, həmişə ya dövlət işləri ilə məşğul olurdu, ya da hərbi kampaniyalarda iştirak edirdi. 1812-ci ildə Rusiyadakı hərbi kampaniyanın uğursuzluğu Napoleonun tarixində dönüş nöqtəsi oldu. İndi o, daha hücuma getmir, daha əvvəl qazandığı əraziləri müdafiə etməyə çalışdı, lakin onun üçün vəziyyət getdikcə pisləşdi.

6 aprel 1814-cü ildə müttəfiqlər Parisi işğal etdikdən sonra Bonapart oğlunun xeyrinə taxtdan imtina etdi. Lakin qaliblər Fransada imperiyanı saxlamaq niyyətində deyildilər və taxtdan imtinanı tanımırdılar. Məğlub olan imperator Elba adasına sürgünə getdi, həyat yoldaşı Mariya Luiza və oğlu Napoleon Fransua Vyana yaxınlığında, Şönbrun qalasında məskunlaşdılar. Üç yaşı olan uşaq anasının birdən-birə ona marağını itirməsinin səbəbini çətinliklə anlaya bildi. Mariya Luiza ərinin məğlubiyyətindən sonra oğluna böyük bir imperiya taxtının varisi kimi deyil, zorla bağladığı uğursuz evliliyin xoşagəlməz xatırlatması kimi baxmağa başladı.

Napoleon qısa müddətlik Fransa taxtına geri qayıdanda Avstriyaya məktublar göndərərək həyat yoldaşının və oğlunun geri qaytarılmasını tələb etdi. O, Mariya Luizadan boşanmağa hazır idi ki, sadəcə öz dəyərli oğluna qovuşmaq istəyirdi. Lakin Vyanada onları qovuşdurmağa tələsmirdilər, hadisələrin inkişafını gözləyirdilər. Vaterloda fransızların məğlubiyyətindən sonra məlum oldu ki, Napoleon dövrü nəhayət başa çatıb. Bonapart oğlunun xeyrinə yenidən taxtdan əl çəkdi və bu dəfə bu hiylə də işə yaramadı. Mariya Luiza oğluna marağını tam itirdi və Avstriya sarayındakı müəllimlərə oğlunun böyüdükcə Fransanı və atasını tamamilə unutduğuna əmin olmaq əmri verdi.

1817-ci ildə balaca Napoleona atasından qalan bütün hüquqlar ləğv edildi. Əvəzində ona Bohemiyadakı malikanələrdən birinin adı ilə Reyxştadt hersoqu titulu verildi. Oğlanın adı indi Avstriya üslubunda Frans idi və onunla ancaq almanca danışırdılar. Frans kiçik yaşlarından ətrafdakıların gözündə qorxu görməyə alışmışdı. Ondan həqiqətən qorxurdular - təkcə atasının aurasına görə deyil, həm də ona görə ki, Fransada Bonapartist partiyası güclü və nüfuzlu olaraq qalırdı və bu insanlar "Qartalcığ"ı imperiyanın qanuni hökmdarı görürdülər. Avstriyalılar Franzın qaçırılacağından və ya təkbaşına qaça biləcəyindən qorxurdular, ona görə də ona nəzarət etmək məhbusu həbsxanada saxlamaq kimi idi. Bu qorxuların tamamilə əsassız olduğunu söyləmək olmaz. Frans hərb tarixi ilə maraqlanırdı və özünün kimin oğlu olduğunu yaxşı bilirdi.

Onun mövcudluğu Avropa monarxları üçün o qədər problem və bəlalara səbəb oldu ki, Franzın səhhətinin yaxşı olmadığı xəbəri siyasətçiləri sevindirdi. Bonapartistlər əmin idilər ki, onlar yavaş təsir göstərən zəhərdən istifadə edərək Napoleonun oğlundan qurtulmağa çalışırlar.

20 yaşında Frans vərəm xəstəliyinə tutuldu və qısa sürən xəstəlikdən sonra öldü. Napoleon Fransuaya qarşı sui-qəsd versiyaları yayılmışdı. Lakin bu versiyanın lehinə heç bir inandırıcı dəlil tapılmadı. 1940-cı ildə Fransanın işğalı zamanı Hitler bonapartçıların II Napoleon adlandırdıqları imperatorun oğlunun qalıqlarının köçürülməsini və Parisdə, atasının məzarının yanında basdırılmasını əmr etmişdi. Təşəbbüsün fürerdən gəlməsinə baxmayaraq, fransızlar nasistlərin məğlubiyyətindən sonra məzarın yerini olduğu kimi saxladı.  

Amma avstriyalıların çox qorxduqları hadisə - Bonopart sülaləsinin hakimiyyətə qayıdışı baş verdi. I Napoleonun qardaşı oğlu Şarl Lui Napoleon Bonapart 1852-ci ildə özünü İmperator III Napoleon elan etdi. Bu tarixi dövr Fransaya o qədər də xoşbəxtlik gətirmədi və ölkə sonda həm kralları, həm də imperatorları tərk edərək Respublika quruluşu xeyrinə seçim etdi.

Və hamının tərk etdiyi , 20 il ömür sürən “Qartalcıq” tarixə faciəli taleyi yazıçı və şairlər üçün ilham mənbəyinə çevrilən bir şəxsiyyət oldu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2829
avatar

Vüqar İsmayılov

Oxşar yazılar