Su kollektoruna düşən körpənin cəsədi dənizdən çıxarılıb
14 sentyabr 2013 21:05 (UTC +04:00)

Su kollektoruna düşən körpənin cəsədi dənizdən çıxarılıb

Sentyabrın 13-də saat 22:11-də Suraxanı rayonu Hövsan qəsəbəsinə gedən avtomobil yolunda  yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına  əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin Suraxanı rayonu üzrə  xilasedici qrupu  hadisə  yerinə   çıxıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki,   «VAZ-2106» markalı «10 DB 680» dövlət nömrə nişanlı minik avtomobili yoldan çıxaraq, yolun  kənarındakı  kanala  düşüb.

 

Məlumata əsasən hadisə nəticəsində avtomobildə yüngül xəsarət almış sürücü 1988-ci il təvəllüdlü Hacıyev Namiq Natiq oğluna və sərnişin 1991-ci il təvəllüdlü Hacıyeva Maya Habil qızına hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının  əməkdaşları  tərəfindən uyğun  yardım  göstərilib.

 

Qəza nəticəsində avtomobildə olan 8 aylıq körpə kanala düşmüş və su onu axınla dənizə doğru aparıb. Xilasedicilər kanalın dənizə çıxan hissəsində axtarış aparmış, körpənin dəniz sularında olduğunu müşahidə ediblər.Körpənin cəsədini dənizdən  çıxararaq,  hüquq - mühafizə  orqanlarının əməkdaşlarına təhvil  veriblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1127

Oxşar yazılar