“Son günlər bir sıra internet portallarında və yazılı KİV-lərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Marketinq və Tarif” şöbəsinin keçmiş bölmə rəisi Rahib Hüseynovun dələduzluq əməllərindən bəhs edən “Oliqarx oğlu 48 milyon manat mənimsəməkdə ittiham olunur” sərlövhəli yazılar dərc edilir. Məlumatlarda adı çəkilən Rahib Hüseynovun maliyyə fırıldaqlarının dəmir yolunda aparılması kimi iddialar tam əsassızdır. Qohumluq əlaqəsinə gəldikdə isə, o, “Azərbaycan Dəmir Yolları” QSC rəisinin baldızı oğludur”. Bu fikirləri Lent.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.
O bildirib ki, Rahib Hüseynovun həbsinin “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti ilə bağlı heç bir əlaqəsi yoxdur: “Çünki o, bu təşkilatda işləmir”.