Diri-diri yanan əmi-qardaşoğlunun ailəsi “Bakıelektrikşəbəkə”ni məhkəməyə verdi
21 oktyabr 2013 16:13 (UTC +04:00)

Diri-diri yanan əmi-qardaşoğlunun ailəsi “Bakıelektrikşəbəkə”ni məhkəməyə verdi

Avqustun 2-də Xəzər rayon, Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı “Arzu” düşərgəsində 12 yaşlı Kənan Fətiyev və əmisi 33 yaşlı Habil Fətiyevin ölümü ilə nəticələnən hadisəylə bağlı ailəsi “Bakıelektrikşəbəkə”ni məhkəməyə verib. Bu barədə Lent.az-a H. Fətiyevin həyat yoldaşı Xanım Əhmədova deyib. Onun sözlərinə görə, H. Fətiyevin atası Əmir Fətiyev, anası Məleykə Mirkişiyeva, Kənanın atası Əlabbas Fətiyev və Xanım Fətiyevanın adından Xəzər rayon məhkəməsinə ərizə ilə müraciət ediblər.

 

“Baş Prokurorluğa, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya da müraciət etmişik. Heydər Əliyev Fondunda olanda bizi Mehriban Əliyevanın xalası qızı qəbul etdi. Dedi, gedin, bir həftə ərzində sizə “Bakıelektrikşəbəkə”dən cavab gələcək. Artıq 20 gün keçib. Amma səs-soraq yoxdur. Baş prokurorluqdan da çağırmışdılar. Adını bilmədiyim bir nəfər dedi ki, arxayın olun, bu işə baxacağıq”-deyə, X. Fətiyeva bildirib.

 

X. Fətiyeva onu da vurğulayıb ki, hadisə baş verən vaxtı “Bakıelektrikşəbəkə”dən onlardan şikayət etməyəcəkləri təqdirdə yas mərasiminin bütün xərclərini ödəniləcəyi və H. Fətiyevin yetim qalmış üç azyaşlı körpəsinə 18 yaşlarına qədər baxılacağı ilə bağlı vəd verilib. Bu səbəbdən də imkansız olan ailə şikayətçi olmayıb. Lakin o vaxtdan bəri sözügedən müəssisədən onlara nəinki yardım olub, hətta başsağlığı belə verilməyib.

 

Qeyd edək ki, K. Fətiyev və H. Fətiyev sentyabrın 2-də Xəzər rayon, Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı “Arzu” düşərgəsində səhlənkarlıq ucbatından cərəyan vurmasından vəfat ediblər. Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1637

Oxşar yazılar

Yeni doğulmuş körpəsini küçəyə atdı

Yeni doğulmuş körpəsini küçəyə atdı

22 aprel 2025 , 14:14
Bu rayonda bir gündə iki meyit  TAPILDI

Bu rayonda bir gündə iki meyit TAPILDI

22 aprel 2025 , 14:00
Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

22 aprel 2025 , 13:53
Sumqayıtda parkda  meyit tapıldı

Sumqayıtda parkda meyit tapıldı

22 aprel 2025 , 13:39
Məktəbli qızları şantaj edən  əcnəbiyə ağır cəza verildi

Məktəbli qızları şantaj edən əcnəbiyə ağır cəza verildi

22 aprel 2025 , 13:32
Yol qəzası törədən polis saxlanıldı

Yol qəzası törədən polis saxlanıldı

22 aprel 2025 , 13:18
Kişini döyüb binadan atdılar

Kişini döyüb binadan atdılar

22 aprel 2025 , 12:38
Bərdədə kişi kanalda batdı

Bərdədə kişi kanalda batdı

22 aprel 2025 , 11:51