Bakıda yol qəzası: 1 ölü
14 sentyabr 2013 17:01 (UTC +04:00)

Bakıda yol qəzası: 1 ölü

Bu gecə Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, saat 04:25 radələrində Səbail rayonu Ə.Cavad küçəsində Bakı şəhər sakini Anar Novruzov idarə etdiyi “Mitsubishi” markalı avtomaşınla yolu keçən Əsgər Salahovu vurub.

Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisə ilə bağlı Səbail rayon Polis İdarəsi araşdırma aparır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar