Bakıda I qrup əlil intihar edib
02 aprel 2014 11:39 (UTC +04:00)

Bakıda I qrup əlil intihar edib

Bakıda 62 yaşlı kişi intihar edib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi 14 ünvanında qeydə alınıb.

 

Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əjdər Hacıağa oğlu Qədirov yaşadığı evdə özünü asaraq intihar edib. Polisdən Ə. Qədirovun I qrup əlil olduğu bildirilib. Faktla bağlı  Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 891

Oxşar yazılar