
Keçmiş məhkum silah və narkotiklə tutuldu
Bakıda üzərində silah və narkotik vasitə gəzdirən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində birgə əməliyyat tədbiri həyata keçirilib.
Nəticədə Tərtər rayon sakini əvvəllər məhkum olunmuş İsrayıl Eyvazov saxlanılaraq bölməyə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Naqan” markalı tapança, 5 ədə patron, əlindəki idman çantasından isə 620 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. İ.Eyvazov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Oxşar yazılar

Naxçıvanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
22 may 2025 , 13:24
Hüseyn Həsənov axtarışa verilməzdən əvvəl evini 100 milyona satıb
22 may 2025 , 12:40
İnəyi xilas etmək istədi, özü öldü
22 may 2025 , 12:12
Dörd nəfər bataqlığa düşüb öldü
22 may 2025 , 11:57
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü
22 may 2025 , 11:29
Ukraynalı qızları "ovlayan" azərbaycanlılar TUTULDU
22 may 2025 , 11:10
Bir günə bank kartlarından 20 min manata yaxın pul oğurladılar
22 may 2025 , 10:24