
Astarada "Muravey" oğurlandı
Motosiklet oğurlayan Lənkəran sakini saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini O.Rəhimov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mayın 19-da gecə saatlarında ona məxsus yaşayış evinin həyətindən “Muravey-2M-01” markalı motosikletin oğurlandığını bildirib. Astara RPŞ əməkdaşlarının keçirdiklərinin əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətmiş şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Lənkəran şəhər sakini Vaqif Babayev olduğu müəyyənləşdirilib və oğurladığı “Muravey-2M-01” markalı motosiklet aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Şəkidə restoranda ÖLÜM
20 avqust 2025 , 10:52
Qobustanda FACİƏ: balıqçılar torpaq uçqununun altında qaldı, biri öldü
20 avqust 2025 , 10:00
Dəmiryolunda qəza: ölən var
20 avqust 2025 , 09:57
Gəncədə ağır qəza, 4 nəfər xəsarət aldı
20 avqust 2025 , 00:30
Gədəbəydə ev yandı, tüstüdən zəhərlənənlər var
19 avqust 2025 , 23:43
Azərbaycanda qazi həbs edildi - 100 minlik dələduzluq
19 avqust 2025 , 23:06
Evin həyətində meyit tapıldı
19 avqust 2025 , 19:37