Tiktoker "Semka"   həbs edildi
16 aprel 2024 16:22 (UTC +04:00)

Tiktoker "Semka" həbs edildi

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıb

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

Tədbirlərlə 1994-cü il təvəllüdlü, “Semka” ləqəbi ilə tanınan Samir Ramazanov saxlanılıb.

Müvafiq qərarla S.Ramazanov 30 sutka inzibati qaydada həbs edilib.

# 3306
avatar

Sevinc Fərid

Oxşar yazılar