Abşeronda qəza
30 sentyabr 2021 15:13 (UTC +04:00)

Abşeronda qəza

Sürücü piyadanı vurmamaq üçün avtobusu aşırdı - BAKIDA - YENİLƏNİB

Dövlət Avtomobil Nəqliyyatı Xİdməti sərnişin avtobusunun aşması ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat katibi Nuridə Allahyarova Lent.az-a bildirib ki, hadisə bu gün saat 14 radələrində Kürdəxanı qəsəbəsində qeydə alınıb:

"537 nömrəli dövlət qeydiyyat nişanı "90-FB-546" olan və Novxanı-Zabrat marşrut xətti üzrə xidmət göstərən sərnişin avtobusunun iştiakı ilə qəza baş verib.

Əməkdaşlarımız hadisə yerindədirlər. İlkin məlumata görə avtobusun sürücüsü qarşısına anidən çıxan piyadanı vurmamaq üçün manevr etmək istədikdə idarəetməni itirib və qəza baş verib. 

Araşdırma gedir. 

Bəzi sosial hesablarda xeyli insanın xəsarət alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Avtobusun salonunda 4 sərnişin və sürücü olub. Sərnişinlər yüngül xəsarət alıb".

***

Saat: 14:21

Abşeronda sərnişin avtobusu aşıb.

Lent.az-ın məlumatına görə, hadisə sentyabrın 30-da günorta saatlarında qeydə alınıb. 537 nömrəli marşrut avtobusu yolun kənarına aşıb. Nəticədə sürücü və bir neçə sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım və yol patrol xidməti əməkdaşları cəlb olunub.

Qəzanın başvermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3726
avatar

Mehman Nəbiyev

Oxşar yazılar