Sumqayıtda güllələnmə: bir nəfər öldü
13 iyul 2025 11:50 (UTC +04:00)

Sumqayıtda güllələnmə: bir nəfər öldü

Sumqayıt şəhərinin Stansiya Sumqayıt adlanan yaşayış massivində güllələnmə hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, 32 yaşlı, əslən Kəlbəcər rayonundan olan Nuruyev Cavid Saleh oğlu yaşadığı evdə odlu silahla özünə atəş açaraq həyatına son qoyub. Hadisə gecə saatlarında baş verib.

Məlumata əsasən, Cavid Nuruyev uzun müddətdir Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşıb və orada yaşayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 924

Oxşar yazılar