Spirtli içkidən kütləvi ZƏHƏRLƏNMƏ : ölənlər var
08 dekabr 2023 14:29 (UTC +04:00)

Spirtli içkidən kütləvi ZƏHƏRLƏNMƏ: ölənlər var

İrkutsk vilayətində spirtli içki qəbul edən kişilər xəstəxanaya yerləşdirilib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Kovıktan qaz-kondensat yatağında işləyən 6 nəfər içki ziyafətindən sonra zəhərlənib.

Nəticədə 4 nəfər xəstəxanaya çatdırılıb, vəziyyətlərinin ağırlığı barədə məlumat verilmir. İki nəfər isə təcili yardım gələnədək keçinib.

Faktla bağlı cinayət işi başlanıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını, o cümlədən istehlak edilən spirtli içkinin markasını müəyyənləşdirir. Proses rayon prokurorluğunun nəzarətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3915
avatar

Oxşar yazılar