Şirvanda toy mərasimi zamanı xüsusi karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, aparılan monitorinqlər zamanı şəhər ərazisində yerləşən «Sərvət» şadlıq sarayında təşkil edilən toy mərasimində normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.
Şöbə əməkdaşları tərəfindən qaydaları pozan şadlıq sarayının inzibatçısı Ə.Məmmədov barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə 4000 manat cərimə olunub.