Salyanda qəzaya düşən piyada  ağır xəsarət aldı
02 oktyabr 2022 01:29 (UTC +04:00)

Salyanda qəzaya düşən piyada ağır xəsarət aldı

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir ki, hadisə rayonunun Qaraçala qəsəbəsi ərazisində qeydə alınıb.

Şirvan sakini idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada-Salyan rayonunun Qaraçala qəsəbə sakini, 2001-ci il təvəllüdlü Səlimov Cavad İsmayıl oğlunu vurub.

Ağır xəsarət alan piyada Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 2517
avatar

Oxşar yazılar