Sabirabadda  DƏHŞƏT:   oğlu 85 yaşlı anasını döyüb öldürdü
14 iyul 2025 11:33 (UTC +04:00)

Sabirabadda DƏHŞƏT: oğlu 85 yaşlı anasını döyüb öldürdü

Sabirabadda oğlu 85 yaşlı anasını döyərək öldürüb.

Lent.az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Mürsəlli kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 85 yaşlı Zeynalova Balabikə İslam qızı ötən gün müxtəlif bədən xəsarətləri ilə Sabirabad rayon xəstəxanasına yerləşdirilib. 85 yaşlı qadın aldığı bədən xəsarətlərindən bu gün xəstəxanada ölüb.

İlkin məlumata görə, yaşlı qadını oğlu - 53 yaşlı Zeynalov Ağamirzə İltimas oğlu döyüb.

Həmin şəxs hazırda hüquq mühafizə orqanlarında dindirilir.

Faktla bağlı araşdırma aparılır.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460

Oxşar yazılar