Rusiyanın Omsk vilayətində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, qəza Omsk-Muromtsevo-Sedelnikovo yolunun 129-cu km-də baş verib. Azərbaycanlı tikinti işçilərinin olduğu "Lada Priora" markalı minik avtomobili əvvəlcə beton maneəyə, sonra isə "Toyota Yaris"ə çırpılıb.
Nəticədə azərbaycanlılardan 30 yaşlı sürücü, həmçinin 39 və 35 yaşlı sərnişinlər dünyasını dəyişib. Daha iki nəfər xəstəxanaya yerləşdirilib.
“Toyota”da isə 42 yaşlı qadın və onun 38 yaşlı əri, həmçinin 6 yaşlı oğlu ölüblər.
Faktla bağlı cinayət işi başlanıb.