Oğurluq edən Amil Süleymanov
12 iyul 2021 11:32 (UTC +04:00)

Oğurluq edən Amil Süleymanov

Qonaq getdiyi evdən pul oğurlayıb əyləndi - FOTO

Qəbələdə evdən oğurluq olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Ağcabədi  rayon sakini Amil Süleymanov saxlanılıb. 

Araşdırma zamanı məlum olub ki, oğurluq etdiyi evdə qonaq olan A.Süleymanov cinayəti törətdikdən sonra Bakı şəhərinə gedib və oğurladığı 13 min manatı burada bir neçə günə öz əyləncəsi üçün xərcləyib. 

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1953
avatar

Mehman Nəbiyev

Oxşar yazılar