Azərbaycanın Cinayət Məcəlləsinin 24 maddəsi ilə təqsirləndirilən, hazırda xaricdə yaşayan bloger Qabil Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyulun 16-na təyin edilib.
Qeyd edək ki, Qabil Məmmədova qarşı Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işi başlanıb. İş üzrə toplanmış sübutların məcmusuna əsasən, ötən il iyulun 17-də Qabil Məmmədova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1, 182.2.4, 214.2.1, 214.2.2, 214.2.3, 214-1, 214-2, 32.3, 34.2, 233, 32.3, 34.2, 315, 32.3, 34.2, 186.2.1, 32.3, 34.2, 186.2.2, 32.3, 34.2 və 127.2.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycanın hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb. Qabil Məmmədova bu ilin yanvarında Binəqədi rayon Məhkəməsinin qərarı ilə qiyabi həbs verilib./APA