Prokurorluqda hərbçi döyülüb? - RƏSMİ REAKSİYA
05 noyabr 2021 15:50 (UTC +04:00)

Prokurorluqda hərbçi döyülüb? - RƏSMİ REAKSİYA

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə səhifələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, gizir Rəsul Quliyevin guya Qubadlı Hərbi Prokurorluğunda zorakılığa məruz qalması ilə bağlı videomüraciəti yayılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, həmin videomüraciətlə əlaqədar bildirilir ki, Rəsul Quliyevin xidmətdə olduğu N saylı hərbi hissədən daxil olmuş materiallar əsasında Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) maddələri ilə cinayət işi  başlanaraq, tabeliyində olan hərbi qulluqçulara qarşı zor tətbiq etməkdə təqsirləndirilən Rəsul Quliyevə qeyd olunan maddələrlə ittiham elan edilib. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə məhkəmə-tibb ekspertizası təyin olunaraq, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilib, o cümlədən üzləşdirmə və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Gizirin videomüraciəti

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3285
avatar

Mehman Nəbiyev

Oxşar yazılar