Prokuror Alimpaşa Məmmədova  13 il cəza   istədi
26 sentyabr 2023 17:00 (UTC +04:00)

Prokuror Alimpaşa Məmmədova 13 il cəza istədi

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Alimpaşa Məmmədovun13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Proses oktyabrın 3-də davam edəcək.

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.

# 1416
avatar

Oxşar yazılar

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

8 dekabr 2023 , 22:10
Bakıda  narkotik çəkib   qadına qarşı soyğunçuluq etdi

Bakıda narkotik çəkib qadına qarşı soyğunçuluq etdi

8 dekabr 2023 , 19:34
Pərvin Abıyevanın Azərbaycandan çıxışına QADAĞA

Pərvin Abıyevanın Azərbaycandan çıxışına QADAĞA

8 dekabr 2023 , 18:00
Zaqatala xəstəxanasında KORRUPSİYA:  cinayət işi açıldı

Zaqatala xəstəxanasında KORRUPSİYA: cinayət işi açıldı

8 dekabr 2023 , 17:49
Cəsarət Valehov işdən çıxarıldı

Cəsarət Valehov işdən çıxarıldı

8 dekabr 2023 , 17:40
Şuşaya prokuror təyin olundu

Şuşaya prokuror təyin olundu

8 dekabr 2023 , 17:22
3 qız dostunu tualetdə döydü - VİDEO

3 qız dostunu tualetdə döydü - VİDEO

8 dekabr 2023 , 17:18
Bakı həbsxanasında məhkum öldü

Bakı həbsxanasında məhkum öldü

8 dekabr 2023 , 16:05