Polisdən ƏMƏLİYYAT:  216 kilo narkotik ələ keçirildi
01 iyul 2024 10:47 (UTC +04:00)

Polisdən ƏMƏLİYYAT: 216 kilo narkotik ələ keçirildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 29-da və 30-da ümumi çəkisi 216 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 210,1 kiloqramdan çox marixuana , 2,5 kiloqramdan artıq heroin, 1,6 kiloqramdan çox metamfetamin, 1,8 kiloqrama yaxın həşiş, həmçinin 1365 ədəd metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 474 ədəd çətənə kolu olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 996
avatar

Arzu Qurbanlı

Oxşar yazılar