Nurlan Qəhrəmanlı
21 fevral 2025 17:00 (UTC +04:00)

Nurlan Qəhrəmanlı

Məhkəmə Nurlan Libre barəsində həbs qərarı verdi - YENİLƏNİB

“Meydan tv” işi üzrə saxlanılan Nurlan Qəhrəmanlı (Libre) barəsində həbs qətimkan tədbiri seçilib.

Lent.az xəbər verir ki, bu barədə Xətai rayon Məhkəməsində hakim Rafael Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib.

Qərara əsasən, onun barəsində 1 ay 17 gün müddətə həbs qətimkan tədbiri seçilib.

***

20 fevral, saat 17:57

Bu gün saxlanılan jurnalist Nurlan Qəhrəmanlı məhkəməyə çıxarılacaq.

Lent.az-ın məlumatına görə, Qəhrəmanlı Nurlan (Libre) “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. 

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a təsdiqləyiblər.

***

17:45

Jurnalist Nurlan Qəhrəmanlı (Libre) saxlanılıb.

Lent.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, Nurlan Qəhrəmanlının evində axtarış aparılıb.

Qeyd edək ki, Nurlan Libre son dövrlər Meydan TV ilə əməkdaşlıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2148

Oxşar yazılar