Fenomenin  dəhşətli ölümü:   Qaynar suyun altında CAN VERDİ  -VİDEO
21 fevral 2025 13:48 (UTC +04:00)

Fenomenin dəhşətli ölümü: Qaynar suyun altında CAN VERDİ -VİDEO

Rus reperi və TikTok fenomeni Viktoriya Lerman evinin hamamında qaynar suyun altında huşunu itirdikdən sonra faciəvi şəkildə həyatını itirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı Viktoriya Lerman Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərindəki evində partnyoru tərəfindən ölü tapılıb. Saatlarla krandan axan həddindən artıq isti suyun altında qalan qadının bədəni ciddi yanıq xəsarətləri alıb.

İlkin araşdırmalara görə, fevralın 9-u gecəsi isti vannaya girən Viktoriya, şiddətli yanıq ağrısından şoka düşərək huşunu itirib.

Huşunu itirdikdən sonra üzü birbaşa krandan axan qaynar suyun altına düşüb. Həddindən artıq isti suya saatlarla məruz qalan gənc qadın dəhşətli şəkildə həyatını itirib. Onunla birlikdə yaşayan partnyoru saatlar sonra içəri daxil olduqda Viktoriyanı hamamda cansız halda tapıb və dərhal təcili yardıma xəbər verib. Lakin gənc qadının bədəni dəhşətli şəkildə deformasiya olunub.

Rəsmilər hadisənin qəza nəticəsində baş verdiyini bildirsə də, Viktoriyanın yaxınları bu faciənin arxasında qətlin ola biləcəyini düşünürlər. Hadisəni araşdıran orqanlar, hadisənin baş verdiyi mənzildə narkotik maddə aşkar edildiyini açıqlayıb.

Krasnoyarsk diyarı İstintaq Komitəsinin verdiyi məlumata görə, Viktoriyanın partnyoru narkotik istifadə edib və şübhəli şəkildə dəfn mərasiminə qatılmayıb. Bundan əlavə, Viktoriyanın "ürək problemləri" olduğu iddia olunsa da, bunun ölümə təsir edib-etmədiyi məlum deyil. Polis qətl ehtimalını istisna etmir və gənc qadının dəqiq ölüm səbəbini müəyyən etmək üçün tibbi ekspertiza nəticələrini gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2188

Oxşar yazılar

Kəlbəcərdə zəlzələ oldu

Kəlbəcərdə zəlzələ oldu

31 iyul 2025 , 07:07
Şəki dağlarında yanğın başladı - VİDEO

Şəki dağlarında yanğın başladı - VİDEO

31 iyul 2025 , 00:00
Bakıda avtomobil  skuter sürən azyaşlı qızı  vurub öldürdü

Bakıda avtomobil skuter sürən azyaşlı qızı vurub öldürdü

30 iyul 2025 , 22:28
Samuxda 35 yaşlı qadını  ilan sancdı

Samuxda 35 yaşlı qadını ilan sancdı

30 iyul 2025 , 21:53
Gürcüstanda saxlanılan  Elnur Süleymanov Azərbaycana gətirildi

Gürcüstanda saxlanılan Elnur Süleymanov Azərbaycana gətirildi

30 iyul 2025 , 19:44
Qubada evdən meyit tapıldı

Qubada evdən meyit tapıldı

30 iyul 2025 , 19:33
Maşın vuran piyada 1 həftə sonra öldü

Maşın vuran piyada 1 həftə sonra öldü

30 iyul 2025 , 19:04
“Şlyapa Zahid”ə hökm oxundu

“Şlyapa Zahid”ə hökm oxundu

30 iyul 2025 , 18:35