PKK-nın iki əsas üzvü  məhv edildi
21 fevral 2025 12:45 (UTC +04:00)

PKK-nın iki əsas üzvü məhv edildi

Milli İstihbarat Təşkilatı (MİT), PKK/KCK üzvləri Zehra Sebat və Serhat Erdoğanı İraqın Hakurk bölgəsində keçirdiyi əməliyyatla zərərsizləşdirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən alınan məlumata görə, “Rojda Azad” kod adlı Zehra Sebat 2011-ci ildə PKK/KCK-nın kənd strukturuna qoşulub və silahlı təlim alıb. Uzun müddət İraqın şimalında fəaliyyət göstərən Sebat, son olaraq Hakurk bölgəsində YJA Star qadın birliyində yer alıb.

“Rojda Azad” kod adlı Zehra Sebat 2011-ci ildə PKK/KCK kənd strukturuna qoşulub. İraqın Gare bölgəsində silahlı təlim keçib və uzun müddət İraqın şimalında fəaliyyət göstərib. Son olaraq Hakurk bölgəsində YJA Star qadın birliyinin üzvü olub.

Zehra Sebat və Serhat Erdoğan haqqında “terror” cinayəti ilə bağlı axtarış qərarı mövcud idi. Hedefli əməliyyat nəticəsində hər iki terrorçu İraqın şimalındakı Hakurk bölgəsində zərərsizləşdirilib.

“Çirav Cudi” kod adlı Serhat Erdoğan isə 2021-ci ildə təşkilatın kənd strukturlarına qoşularaq İraqın şimalındakı düşərgələrdə silahlı təlim keçib. Avaşin, Zap, Metina və Hakurk bölgələrində aktiv fəaliyyət göstərən Erdoğan, son olaraq təşkilatın xüsusi qüvvələr birliyində yer alıb. MİT-in geniş istihbarat şəbəkəsi vasitəsilə iki terrorçunun Türkiyə Silahlı Qüvvələri üzvlərinə qarşı hücum planlaşdırdığı müəyyən edilib. Onların yerləri təyin edildikdən sonra əməliyyat qərarı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706

Oxşar yazılar