Bu gün avtobuslar saat neçəyə kimi işləyəcək? - CAVAB
21 fevral 2025 13:00 (UTC +04:00)

Bu gün avtobuslar saat neçəyə kimi işləyəcək? - CAVAB

Kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə bu gün Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

"Sərnişinlərdən səfərlərini planlayarkən bunu nəzərə almalarını xahiş edirik. Hərəkət iştirakçılarına ehtiyatlı olmaları, kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik ", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün axşam saatlarında Bakıda ictimai nəqliyyatın hərəkəti tez məhdudlaşdırılmışdı. 

Belə ki, axşam saat 21:00-dan sonra bir çox istiqamətlərə avtobusların intervalında böyük fasilələr yaranıb, bəzi yerlərdə isə ümumiyyətlə marşrut avtobusu tapılmayıb. Sərnişinlər yaranmış vəziyyətlə bağlı sosial şəbəkələrdə çoxsaylı görüntülər paylaşıblar. Onlar yolların buz bağlamasından, avtobusların xətlərdən kənarlaşdırılmasından şikayətləniblər. Xüsusilə Bakının kənd və qəsəbələri istiqamətində ciddi problemlər yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2832

Oxşar yazılar