"Barselona"nın ispaniyalı yarımmüdafiəçisi Lamin Yamal "Real"a mümkün transferi ilə bağlı fikirlərini bildirib.
“Yox. Şans yoxdur. "Bu mümkün deyil", - Lent.az xarici mediaya istinadla bildirir ki, Yamal deyib.
Bu mövsüm 17 yaşlı Yamal bütün turnirlərdə 32 oyun keçirib, 11 qol vurub və 15 məhsuldar ötürmə edib. Onun "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.