Trampın açıqlamalarından sonra Zelenski  Çörçilə bənzədildi
21 fevral 2025 14:02 (UTC +04:00)

Trampın açıqlamalarından sonra Zelenski Çörçilə bənzədildi

Böyük Britaniyanın müdafiə naziri Con Qili Ukrayna prezidenti Vladimir Zelenskini İkinci Dünya Müharibəsi zamanı Böyük Britaniyanın baş naziri Uinston Çörçilllə müqayisə edib.

Lent.az xarici mediaya istinadla  xəbər verir ki, Qili Norveçə səfəri zamanı fikirlərini bölüşüb.

Gili deyib ki, o, “Ukrayna prezidentinin ölkəsinə bağlılığını” görüb.

"O, seçilib. Ukraynanın lideri seçilib və Böyük Britaniyada İkinci Dünya Müharibəsi zamanı Uinston Çörçillin etdiyini edib - müharibə zamanı seçkiləri dayandırıb. Bizim vəzifəmiz ukraynalıların yanında olmaq, ukraynalıları dəstəkləmək, onların mübarizəsində onlara dəstək olmaqdır. Əgər danışmaq qərarına gəlsələr, danışıqlarda onlara dəstək olaq", - o vurğulayıb.

Britaniyalı nazir öz müqayisəsini ABŞ prezidenti Donald Trampın ukraynalı həmkarı ilə bağlı səsləndirdiyi qalmaqallı açıqlamalardan sonra edib. Bundan əlavə, Qili Ağ ev rəhbərinin Zelenskinin “qeyri-qanuniliyi” ilə bağlı bəyanatı ilə razılaşmadığını bildirib.

"Bu (Vladimir Zelenski - red.) öz ölkəsinə sadiq bir insandır, ölkəsinə rəhbərlik edib və indi də ona rəhbərlik edir", - Britaniya Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2080

Oxşar yazılar