“DÖNGƏ” bu dəfə "DE"ni  oxudu - VİDEO
21 fevral 2025 16:54 (UTC +04:00)

“DÖNGƏ” bu dəfə "DE"ni oxudu - VİDEO

Azərbaycan rok qrupu «DÖNGƏ» 2000-ci illərin əvvəlində çıxarılan Elnarə Xəlilovanın «DE» hitinin yenilənmiş versiyasını təqdim edib. 

Lent.az xəbər verir ki, qrupun solistləri Nərmin və Fərid parçada yeni vokal xarakteri təqdim edərək orijinal kompozisiyanın ruhunu qoruyublar.

«DÖNGƏ» qrupu klassik əsərləri yenidən düşünməyə davam edir, bu da real musiqinin zaman sərhədləri olmadığını sübut edir.

"Biz bu musiqini bu gün müasir rock kontekstində necə səslənə biləcəyini göstərmək istəyirdik. Ümid edirdik ki, ona yeni nəfəs verərək yeni nəsil dinləyicilər üçün  daha cəlbedici edəcəyik", - musiqiçilər qeyd ediblər. 

Qeyd edək ki, Elnarə Xəlilova musiqinin bu versiyasının hazırlanmasından əvvəl məlumatlandırılmayıb.

Bu onun üçün bir növ sürpriz olub və parçanın çıxışına intriqa qatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 770

Oxşar yazılar