Yarasalarda  yeni koronavirus   tapıldı: İnsana  yoluxma riski   var
21 fevral 2025 19:09 (UTC +04:00)

Yarasalarda yeni koronavirus tapıldı: İnsana yoluxma riski var

Çinli tədqiqatçılar qrupu yarasalarda heyvanlardan insanlara keçmə potensialına malik yeni bir koronavirus aşkar ediblər.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, HKU5 adlı virus hüceyrələrə daxil olmaq üçün COVID-19 ilə eyni insan ACE2 reseptorundan istifadə edə bilir.

Tədqiqata yarasa koronavirusları ilə işi ilə tanınan virusoloq Şi Zjenli rəhbərlik edib. O, Uhandakı Quançjou laboratoriyasında işləyir və COVID-19-un mənşəyini öyrənir.

HKU5 adlı yeni virus ilk dəfə Honq-Konqda yapon yarasasında aşkar edilib. O, merbekovirusların alt cinsinə aiddir, onların arasında MERS - Yaxın Şərq tənəffüs sindromunun törədicisi var. HKU5, Sars-CoV-2-nin hüceyrələrə daxil olduğu insan ACE2 reseptoruna bağlana bilər. Bu, virusun heyvanlardan insanlara ötürülməsi ilə bağlı narahatlıq doğurur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar