Azərbaycanda  şaxtalı hava   bir neçə gün davam edəcək - RƏSMİ
21 fevral 2025 17:23 (UTC +04:00)

Azərbaycanda şaxtalı hava bir neçə gün davam edəcək - RƏSMİ

Bu il fevralın 20-dən başlayan şaxtalı hava şəraiti bir neçə günü əhatə edəcək.

Lent.az-ın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Qeyd olunub ki, ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb.

Son 40 il ərzində fevral ayında ən aşaĝı temperatur 2012-ci ildə qeydə alınıb və fevral ayının 1-dən başlayan şaxtalı hava şəraiti 13 gün davam edib. Havanın minimal temperaturu fevralın 8-də Bakıda mənfi 11 dərəcə olub, bununla da 1969-cu ilin 9-10 fevral rekordu (9.6 dərəcə şaxta) yenilənib.

2014-cü ilin fevralında isə şaxtalı dövr 8 gün davam edib və ən aşağı temperatur mənfi 7.6 dərəcə olub.

“Sonraki illərdə havanın minimal temperaturu 2021-ci ildə 5.5, 2017-ci ildə 3.4, 2023-cü ildə 3.1, 2024-cü ildə 2.8 dərəcə şaxta qeydə alınıb. Lakin qeyd olunan illərdə Bakıda və Abşeron yarımadasında şaxtalı dövrün davamiyyəti 1-3 gün olub. Bu il isə fevralın 20-dən başlayan şaxtalı hava şəraiti bir neçə gün davam edəcək”, - məlumatda deyilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1918

Oxşar yazılar