Şanlıurfada 15 yaşlı uşağa cinsi təcavüz etdiyi müəyyən edilən 5 uşaqdan 4-ü tutularaq həbsxanaya göndərilib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, hadisə fevralın 19-da Haliliye rayonunda baş verib. Uşağının cinsi istismara məruz qaldığını iddia edən ailə jandarmaya müraciət edib.
Araşdırmada cinsi istismara məruz qaldığı təsbit edilən 5 uşaq müəyyən edilib. Saxlanılaraq məhkəməyə göndərilən 5 uşaqdan 4-ü saxlanılaraq həbsxanaya göndərilib, bir uşaq isə nəzarət şərti ilə sərbəst buraxılıb.