Narkotacirlər ələ keçdi - FOTO  - VİDEO
02 oktyabr 2021 13:54 (UTC +04:00)

Narkotacirlər ələ keçdi - FOTO - VİDEO

Qobu Polis Bölməsinin əməkdaşları Hökməli qəsəbəsi ərazisində narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keirib.

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsindən Lent.az -a verilən məlumata görə daxil olmuş əməliyyat məlumatları əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslər saxıanılıblar.

Əməliyyat zamanı həmin qəsəbədə yaşayan Ramin Qasımov və əvvəllər çəhkum olunmuş Rəfayel Şükürov tutularaq istintaqa təqdim ediliblər. Ramin Qasımovun üzərində şəxsi axtarış aparılan zaman ondan 11 qram heroin və 13 qram psixotrop maddə olan metamfetamin, Rəfayel Şükürovdan isə 2 qram heroin və 43 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Hər iki şəxs ifadələrində Hökməli qəsəbəsi və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1530
avatar

Oxşar yazılar