Mingəçevirdə məktəbliləri maşın vurub.
Lent.az-ın əldə etdiyi məlumata görə, KİA markalı avtomobil dərsdən çıxıb evə gedən məktəblilər - 17 yaşlı Ədalət Nəzirlini və 17 yaşlı Murad Məmmədlini vurub.
Nəticədə hər iki məktəbli xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.