Könül İbrahimlinin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, iyunun 30-da Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində 20 yaşlı Könül İbrahimlinin yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Qeyd edək ki, Könülün valideynlər iddia edir ki, həyat yoldaşı onu pəncərədən ataraq qətlə yetirib.