Keçmiş evini görüb duyğulandı,  oğurluğa girdi
09 dekabr 2023 19:45 (UTC +04:00)

Keçmiş evini görüb duyğulandı, oğurluğa girdi

Krasnodar diyarının Pavlovskaya rayonundan olan şəxs əvvəllər yaşadığı evə oğurluğa girib.

Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, qış axşamı 42 yaşlı İqor Malyutin əmisi və həyat yoldaşının hazırda yaşadığı evin yanından keçib. Adamı nostalji bürüyüb və darvazadan həyətə keçib.

Daha sonra o, pəncərəni sındıraraq içəri girib. Bu zaman evdə heç kim olmayıb. Zalda İqor tornavida ilə bıçaq taparaq silahlanıb və seyfi sındırıb. Nə orada, nə bufetdə, nə də evin digər hissələrində qiymətli əşyalar tapmayıb.

Bu cinayətinə görə Malyutin cəmi bir il bir ay həbs cəzası alıb.

İqor Malyutin

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4164
avatar

Oxşar yazılar