İsrailin azad etdiyi terrorçu binadan yıxılıb öldü - VİDEO
22 fevral 2025 19:00 (UTC +04:00)

İsrailin azad etdiyi terrorçu binadan yıxılıb öldü - VİDEO

Bir müddət əvvəl məhbus mübadiləsi müqaviləsi çərçivəsində azadlığa buraxılan HƏMAS qruplaşmasının üzvü Nael Ubeida İssaviyə məhəlləsində evinin damından yıxılaraq ölüb.

Lent.az İsrail mediasına istinadla bildirir ki, terrorçu Nael Ubeida HƏMAS ilə razılaşma çərçivəsində keçən həftə azad edilib.

Onun yıxılma şəraiti bəlli deyil. Hadisə yerindən onun ölüm anını əks etdirən video ortaya çıxıb.

Qeyd edək ki, Ubeida Emek Refaim küçəsindəki “Hillel” kafesində kamikadze olaraq terrora hazırlaşmaqda şübhəli bilinərək saxlanılıb və 30 il həbs cəzasına məhkum edilib. Lakin o, ötən həftə sərbəst buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656

Oxşar yazılar