İki nəfərin öldüyü partlayışa görə tutulan qadına HÖKM OXUNDU
28 yanvar 2025 15:27 (UTC +04:00)

İki nəfərin öldüyü partlayışa görə tutulan qadına HÖKM OXUNDU

Bakı şəhərinin Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada iki nəfərin ölümü ilə nəticələnən partlayışa görə təqsirləndirilən Rima Ağalarovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Lent.az-ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edərək Rima Ağalarovanın 3 il müddətinə müəyyən vəzifə tutmaq səlahiyyətindən məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədə hökm oxunub.

Hökmə əsasən, Rima Ağalarovaya 2 il müddətinə müəyyən vəzifə tutmaq səlahiyyətindən məhrum edilməklə 5 il müddətinə məntəqə tipli cəza təyin edilib.

Qeyd edək ki, hadisə 2023-cü ilin mayında Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Qaz sızmasından baş verən partlayış nəticəsində 26 yaşlı Elnur Əsgərov və 23 yaşlı İlahə Qarayeva ölüb. Bir neçə nəfər xəsarət alıb.

Mənzil sahibi Rima Ağalarova cinayət məsuliyyətinə cəlb edilib və ona qarşı Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində ilkin istintaq dövrü müddətində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 19 nəfər bina sakini zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslə zərərşəkmişlər arasında barışıq əldə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2723

Oxşar yazılar

Azərbaycanda qanunsuz dini təbliğat aparanlar ölkədən QOVULDU

Azərbaycanda qanunsuz dini təbliğat aparanlar ölkədən QOVULDU

4 iyun 2025 , 17:20
4 ay əvvəl təyin olunan polis rəisi istefa verdi

4 ay əvvəl təyin olunan polis rəisi istefa verdi

4 iyun 2025 , 17:16
Azərbaycanın dünyada axtardığı şəxs Ukraynada tutuldu

Azərbaycanın dünyada axtardığı şəxs Ukraynada tutuldu

4 iyun 2025 , 16:50
Birləşmiş Ərəb Əmirliyi onu Azərbaycana təhvil verdi

Birləşmiş Ərəb Əmirliyi onu Azərbaycana təhvil verdi

4 iyun 2025 , 16:43
Sabirabadda yanaraq ölən ailənin FOTOLARI

Sabirabadda yanaraq ölən ailənin FOTOLARI

4 iyun 2025 , 16:38
Əlil qardaşlar evdə diri-diri yandılar

Əlil qardaşlar evdə diri-diri yandılar

4 iyun 2025 , 16:20
Polis bölməsinə BASQIN:  inspektor saxlanıldı

Polis bölməsinə BASQIN: inspektor saxlanıldı

4 iyun 2025 , 15:52
Oğuzda bəy toy günü maşını aşırdı

Oğuzda bəy toy günü maşını aşırdı

4 iyun 2025 , 14:46