Hərbçi yoldaşlarını güllələyib  qaçdı
12 iyul 2024 19:12 (UTC +04:00)

Hərbçi yoldaşlarını güllələyib qaçdı

İyulun 11-də axşam saatlarında Belqorod vilayətində rusiyalı hərbçi hərbi obyektlərin birində həmkarlarını güllələyib. 

Lent.az bildirir ki, Rusiyanın “Baza” Telegram kanalının məlumatına görə, atışma nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

İlkin məlumata görə, hadisədən sonra Çuvaşiyadan olan 29 yaşlı hərbçi Aleksey Juravlevin axtarışı üçün “Yaxalama” planı elan edilib. Əvvəlcə hərbçinin “Kalaşnikov” avtomatı və 70 patronla qaçdığı bildirilib, lakin sonradan silah hadisə yerinin yaxınlığında tapılıb.

Digər məlumata görə, Aleksey 2011-ci ildə qrup halında soyğunçuluğa görə mühakimə olunub. Müdafiə Nazirliyi ilə müqavilə bağlamazdan əvvəl Juravlev pəncərə quraşdırıcı və boru montajçısı kimi çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3387
avatar

Oxşar yazılar