Hacıqabulda maşın piyadanı vurub  xəstəxanalıq etdi
27 iyun 2025 01:48 (UTC +04:00)

Hacıqabulda maşın piyadanı vurub xəstəxanalıq etdi

Hacıqabul rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən Bakı şəhəri, Əmircan qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elmir Yusif oğlu Ağamalıyevi vurub.

Piyada müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286

Oxşar yazılar