Gömrüyün vəzifəli şəxsləri HAKİM QARŞISINDA
07 avqust 2021 11:00 (UTC +04:00)

Gömrüyün vəzifəli şəxsləri HAKİM QARŞISINDA

Bakı Baş Gömrük İdarəsinin həbs olunan vəzifəli şəxslərinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əli Məmmədovun icraatına verilib.

Qeyd edək ki, bu ilin may ayında Binəqədi rayon Məhkəməsində Bakı Baş Gömrük İdarəsinin maliyyə inspektoru Azər Baxşıyev barəsində istintaq orqanın təqdimatına baxılıb.

Təqdimat təmin edilib və A.Baxşıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi mayın 17-də Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib. Nəticədə idarənin vəzifəli şəxsləri - Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulub.

Daha sonra Binəqədi rayon Məhkəməsində həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1725
avatar

Mehman Nəbiyev

Oxşar yazılar