Gənc oğlan güllələndi
01 oktyabr 2022 02:34 (UTC +04:00)

Gənc oğlan güllələndi

Bakının Xəzər rayonunda dava zamanı bir nəfər güllələnib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində qeydə alınıb.

1994-cü il təvəllüdlü Piriyev Tural Xanlar oğlu naməlum şəxs tərəfindən tüfəngi ilə  güllələnib. O sağ baldır və qarın nahiyysinin güllə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
 

# 1908
avatar

Oxşar yazılar