Gədəbəydə yol qəzası: 4 nəfər  yaralandı-YENİLƏNİB
08 iyul 2025 22:45 (UTC +04:00)

Gədəbəydə yol qəzası: 4 nəfər yaralandı-YENİLƏNİB

Xəbər veridiyimiz kimi, Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (2-si kişi, 2-si qadın cinsli olmaqla) Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda hər birinin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.



***
22:06

Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Şəmkir–Gədəbəy avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili ilə “Niva” markalı avtomobil toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613

Oxşar yazılar