Dava zamanı tüfəngə əl atdı:  POLİSƏ XƏBƏR ÇATDI...
30 oktyabr 2021 17:15 (UTC +04:00)

Dava zamanı tüfəngə əl atdı: POLİSƏ XƏBƏR ÇATDI...

Şəmkir Rayon Polis Şöbəsinə oktyabrın 29-da saat 17 radələrində rayon sakini M.Musayevin münaqişə zəminində tüfəngdən havaya atəş açması barədə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu barədə dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

M.Musayev saxlanılıb, ondan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülübdür.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1623
avatar

Aytəkin Cəlali

Oxşar yazılar