Büdcəyə 180 min manatdan çox ziyan vuran rəis hakim qarşısına çıxarılır
28 dekabr 2020 18:10 (UTC +04:00)

Büdcəyə 180 min manatdan çox ziyan vuran rəis hakim qarşısına çıxarılır

Şirvan şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Xatırladaq ki, Şirvan şəhər İcra Hakimiyyətinin Kommunal Kombinatı Müəssisəsinin rəisi Vəliyev Aqil Rəhimdil oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan müraciəti əsasında aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Aqil Vəliyevin və müəssisənin baş mühasibi Şərbətov Tural Kamil oğlunun qabaqcadan əlbir olaraq 2016-2019-cu illərdə müəssisəyə ümumilikdə 92 nəfər şəxsi işə qəbul olunmuş kimi rəsmiləşdirməklə, həmin şəxslərin adına olan plastik hesab kartlarına köçürülmüş ümumilikdə 186 min 773 manat məbləğində pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Aqil Vəliyev və Tural Şərbətova müvafiq olaraq Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Həmçinin istintaq zamanı cinayət nəticəsində dəymiş 186 min 773 manat məbləğində maddi ziyanın dövlət büdcəsinə tam həcmdə ödənilməsi təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2379
avatar

Mehman Nəbiyev

Oxşar yazılar